“Müsəlman qardaşlar”dan 8-i edam olunacaq

Misirin Damanxur şəhər məhkəməsi (Buheyra əyaləti)  “Müsəlman qardaşlar” hərəkatının yerli təşkilatının 8 üzvü barəsində polis şöbəsinə hücum etdiklərinə görə  ölüm hökmü çıxarıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hökm təsdiqlənməsi üçün Misir müftisinə təqdim edilib.   

 

İstintaq materiallarına əsasən, müqəssir hesab edilən şəxslər 2015-ci ildə Damanxur şəhər polis şöbəsində hücum edərək bir asayiş keşikçilərindən birini yaralayıblar. Onlar həmçinin partlayıcı qurğu və silahlardan istifadə etməklədigər diversiya xarakterli cinayətlər törətməkdə ittiham olunurlar.  

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>