Sizin link burada

FTB-yə 75 yaşlı eks-senator rəhbərlik edəcək

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun rəhbəri postuna real namizədin adını açıqlayıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, prezident bildirib ki, sabiq senator Co Liberman FTB rəhbəri vəzifəsinə təyin oluna bilər.

 

Tramp bu barədə Kolumbiya prezidenti Xuan Manuel Santosla görüşü zamanı bildirib.  

 

Qeyd edək ki, Tramp mayın 17-də 75 yaşlı Liberman və FTB rəhbəri postuna digər üç namizədlə - FTB direktoru vəzifəsini müvəqqəti icra edən Endrü Makkeyb, Oklahomanın sabiq qubernatoru Frenk Kitinq və FTB veteranı Riçard Makfili ilə görüşüb.  

 

Tramp ötən həftə FTB direktoru Ceyms Komini vəzifəsindən azad. Prezident qərarını Kominin səlahiyyətlərini icra edə bilməməsi ilə əlaqələndirib. 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>