Türkiyə Rəqqa əməliyyatından imtina etdi

Türkiyə Suriyanın Rəqqa şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak etməyəcək. Buna səbəb ABŞ-ın əməliyyata Suriya kürdlərinin YPG qruplaşmasını cəlb etmək niyyətində olmasıdır.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda sahibkarlarla görüşündə bildirib.     

 

“ABŞ-a səfər zamanı biz Rəqqa əməliyyatını müzakirə etdik və ABŞ-ın bu əməliyyata həssaslıqla yanaşdığını gördük. Biz dedik: əgər YPG orada olacaqsa, biz iştirak etməyəcəyik, əməliyyatı özünüz keçirəcəksiniz. Əgər Rəqqaya dair qərarınız belədirsə - onda sizə uğurlar diləyirik”.  

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>