Paytaxtda ağır qəza

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, Nərimanov rayonu Heydər Əliyev prospektində “Tofaş” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Birinci dərəcəli yolda yüksək sürətlə hərəkət edən “Tofaş” idarəetməni itirib və  yolayrıcı bordürü aşaraq ikinci dərəcəli yolun kənarında dayanmış “Mercedes”ə çırpılıb. “Tofaş”ın sürücüsü Valeh adlı şəxs xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.  

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>