Cocuq Mərcanlıda hərbi sursat tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 18-də Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı barədə hesabat açıqlayıb.

 

 ANAMA-dan Lent.az-a verilən məlumata görə, Cocuq Mərcanlıda gün ərzində 1 494 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PHS) (30 mm-lik silah qumbarası (VOQ-17)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 25 357 kv.m (2.54 ha) ərazi tam təmizlənib, 28 300 kv.m (2.83 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 53 657 kv.m (5.37 ha)).

LENT

24 İyun 2017
23 İyun 2017

Digər xəbərlər >>>