Medalları güləşçilərə prezident təqdim etdi

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan pəhləvanları Oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa çatdırıblar.

 

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

 

Qalib idmançılara medalları dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

 

Çempion idmançımız Kamran Məmmədovun (66 kq)  şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

LENT

30 May 2017
29 May 2017

Digər xəbərlər >>>