ABŞ Əsəd qüvvələrinə zərbə endirdi

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada hökümətyönümlü qüvvələrin mövqelərinə zərbə endirib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, zərbə hökümətyönümlü silahlı dəstələrin ABŞ-ın dəstəklədiyi müxalifət qüvvələrinə hücumunun qarşısını almaq məqsədilə endirilib.

 

İlkin məlumata görə, koalisiyanın zərbəsi xəbərdaredici xarakter daşıyır.  

 

İnsident Suriya-İordaniya sərhədi yaxınlığında baş verib.

 

“Yol ilə hərəkət edən konvoy xəbərdarlıq cəhdlərinə məhəl qoymayaraq, koalisiya qüvvələrinin  At Tanfadakı mövqelərinə doğru irəliləyib”, - deyə amerikalı hərbi mənbə bildirib.   

 

Pentaqon nümayəndəsi zərbənin endirildiyini təsdiqləyib: “Müəyyən edilmiş deeskalasiya zonasında hərəkət həmin  dəstələr koalisiya qüvvələrinə təhlükə yaradıb”.  

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>