Uşağı ilan sancdı

Lənkəranda 9 yaşlı oğlanı ilan sancıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zövlə kəndində qeydə alınıb.

 

Kənd sakini 2008-ci il təvəllüdlü Roman Elşad oğlu Sadıqov həyətdə oynayarkən onu ilan sancıb. Dərhal yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Hazırda azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

LENT

20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>