ABŞ-da sürücü maşını izdihama çırpdı: ölən və yaralananlar var

Nyu Yorkda sürücü avtomobili piyadaların üstünə sürüb, nəticədə azı 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb.   

 

APA-nın  “CBS” telekanalına istinadən verdiyi xəbərə görə, insident “Tayms skver” meydanında baş verib.   

 

Yüksək sürətlə hərəkət edən avtomobil səkiyə çıxaraq piyadaların üstünə sürüb. Hadisə şahidləri sürücünün cinayəti bilərəkdən törətdiyini iddia edirlər.  

 

Polis nümayəndəsi insidentin terrorla əlaqəsinin olmadığını bildirib.  

 

Hadisədən sonra avtomobildən çıxaraq qaçmağa çalışan sürücü polis tərəfindən saxlanılıb. Nyu-York polis idarəsinin rəsmilərindən biri nəzarətə alınan sürücünün avtomobili sərxoş vəziyyətdə  idarə etdiyini açıqlayıb.

 

Sürücünün bundan əvvəl də sərxoş halda avtomobil idarə etdiyi üçün məhkum olunduğu bildirilir.

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>