Çempionu Kəmaləddin Heydərov mükafatlandırdı

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boks millimiz 3 “qızıl”, 3 “gümüş” və 1 “bürünc” olmaqla, ümumilikdə 7 medal qazanıb. Apasport.az saytının məlumatına görə, mükafatçılardan biri də Teymur Məmmədov olub.

 

91 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə türkiyəli Burak Akşini üstələyərək (3:2), yarışı çempion kimi başa vurub. 

 

Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Məmmədova qızıl medalı Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

 

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.

LENT

30 May 2017
29 May 2017

Digər xəbərlər >>>