Sizin link burada

İslamiada: 100-cü medal boksçudan gəldi

Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayını 100-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, yarışın ilk 6 günündən sonra 99 dəfə fəxri kürsüyə qalxan idmançılarımızın bugünkü ilk uğuru ümumilikdə 100-cü olub.

 

Yubiley medalını boksçumuz Tayfur Əliyev qazanıb. Dünən yarımfinalda uduzan idmançımızın 3-cü yer tutacağı həmin vaxt dəqiqləşsə də, yalnız finaldan sonra rəsmiləşib. 56 kq çəki dərəcəsində final matçı başa çatdıqdan sonra həm qızıl və gümüş mükafatın sahibi bəlli olub, həm də bürünc qazananların medalı onların hesabına yazılıb.

 

Tayfuradək 99 mükafat qazanan Azərbaycan yığmasının hesabında 50 qızıl, 29 gümüş və 20 bürünc medal var idi. Boks komandamızın ilk medalının müəllifi olan Əliyev ölkəmizə ümumilikdə 21-ci bürüncü qazandırıb.
 

Qeyd edək ki, Tayfurun çəkisində özbəkistanlı Abdulxay Şaraxmetov 1-ci, türkmənistanlı Yakub Meredov 2-ci yeri tutub.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>