Apamark şirkəti Qafqaz otellər şəbəkəsinin video bazasını genişləndirdi

Azərbaycanda Marketinq və PR sahəsi üzrə ixtisaslaşmış Apamark şirkəti Gilan Hospitality Group-a daxil olan Qafqaz otellər şəbəkəsinin video bazasını genişləndirilməsi işlərini başa vurdu. Şirkətin Satış departamentinin rəhbəri Taleh Kərimovun sözlərinə görə, çəkilişlər bütün Qafqaz otellər şəbəkəsini əhatə edib:  

 

 “Şirkətimiz tərəfindən hazırlanan videolar sırf satış və tanıtım xarakterlı qısa videolardır. Biz bu videolarda hər bir otelin özünə məxsus gözəlliyini, fərqliliyini əks etdirməyə çalışmışıq.”

 

 

Apamark şirkəti tərəfindən ümumilikdə 1 il ərzində 128 video hazırlanaraq Qafqaz otellərinin rəsmi youtube səhifəsinə yüklənmişdir. Çəkilişlər həm Bakı, həm də Qəbələdə yerləşən otellərdə aparılmışdır. Hər bir oteldə ayrı-ayrılıqda otaq növləri, restoranlar, SPA və Fitness Mərkəzi, toplantı otaqları, əyləncə mərkəzlərinə görə,  videolar hazırlanmışdır. Qafqaz otelləri üçün hazırlanmış videolarla tanış olmaq istəyənlər Qafqaz Hotels & Resorts youtube səhifəsinə daxil ola bilərlər. Şirkət, gələcəkdə Qafqaz otellər şəbəkəsi üçün otelçilik sahəsi üzrə maarifəndirici videolar hazırlamağı planlaşdırır.

 

 

 

Qeyd edək ki, Apamark şirkəti müştərilərinə müxtəlif təyinatlı internet səhifələrin yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, Media yerləşdirmə, rəqəmsal marketinq strategiyalarının hazırlanması və xidmətlərinin göstərilməsi, SEO analiz, SMM və s. kimi xidmətləri təklif edir.

 

LENT

30 May 2017
29 May 2017

Digər xəbərlər >>>