Sizin link burada

Bakıda qaçırılan avtomobil Beyləqanda tapıldı – NÖMRƏLƏRİ ÇIXARILIB

Bakıda avtomobil qaçırmış 2 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 16-da Beyləqan rayonu ərazisində idarə edilən "VAZ-2107" markalı avtomobil şübhə doğurduğundan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı qeyd edilən avtomobilin Samir Şirinova məxsus olması və mayın 14-də Nəsimi rayonu ərazisindən qaçırılması müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinənlər - Beyləqan rayon sakinləri, əvvəllər məhkum olunmuş Kənan Əsgərzadə və Səbahəddin Babalı tutulublar.

 

Onlar izahatlarında qeyd edilən avtomobilin dövlət qeydiyyat nişanlarını tullamadıqlarını bildiriblər.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>