Sizin link burada

Türkiyə baş nazirinin yeni vəzifəsi bəlli oldu

 

Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) nizamnaməsi dəyişdiriləcək. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, bu barədə partiyanın siyasi və hüquqi məsələlər üzrə sədr müavini Həyati Yazıcı məlumat verib. O deyib ki, yeni nizamnamə ilə partiya sədrinin müşaviri müəyyənləşdiriləcək.

 

AKP rəsmisinin bu sözləri siyasi kulislərdə müzakirələrə səbəb olub. Bildirilir ki, yenidən partiya sədri seçiləcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hazırkı baş nazir Binəli Yıldırımı özünə müşavir təyin etmək niyyətindədir.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>