İki bacının evindən odlu silah götürüldü - CƏLİLABADDA

Cəlilabadda iki bacının evlərindən odlu silah götürülüb.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları Cəlilabad şəhər Səməd Vurğun küçəsi, ev 75 ünvanında yaşayan Yaqut Hüseynovanın evinə baxış keçiriblər. Mənzildən tapança aşkarlanıb.
 
Yaqut Hüseynovanın yaxınlıqda yaşayan bacısı Zümrüd Əliyevanın da evindən isə işarəverici siqnal tipli tapança götürülüb. Silahların müvafiq sənədi olmadığı müəyyənləşib.Qadınlar silahların onlara babalarından qaldığını bildiriblər.
 
Fakt araşdırılır.

LENT

24 May 2017
23 May 2017

Digər xəbərlər >>>