Sizin link burada

Dağdan aşan "Prado"dakı Zəhranın FOTOSU - YENİLƏNİB

 

Dünən axşam saatlarında Xızı rayonunda baş vermiş yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, Giləzi yolunda dağdan aşan "Toyota Prado" markalı, 10 CP 969 dövlət qeydiyyat nişanlı avtomobil 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Ziyarət oğluna məxsus olsa da, sükan arxasında onun dostu, 1984-cü il təvəllüdlü Süleyman Mənsimov olub. Belə ki, hər iki şəxs digər dostları, 1988-ci ildə Sumqayıtda anadan olmuş Muxtarova Zəhra Vəli qızı ilə birgə Xızının Altıağac istirahət mərkəzinə yola düşüblər. Burada V.Məmmədov spirtli içki qəbul etdiyindən maşını dostunun idarə etməsini xahiş edib. Onlar Xızıdan Sumqayıta doğru hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yol kənarındakı otluq sahəyə daxil olub və burada sürüşərək aşıb. Nəticədə S.Mənsimov vəfat edib. Zəhra Muxtarova və avtomobilin sahibi Vüsal Məmmədov xəstəxanaya yerləşdirilib.

 

Qəzada yaralanan Zəhranın bəzi fotosunu təqdim edirik:

 

*****

 

10:38

 

Xızı rayonunda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən axşam saatlarında Xızı-Giləzi yolunun 11-ci kilometrliyində "Toyota Prado" markalı, 10 CP 969 dövlət nömrə nişanlı avtomobil dağlıq sahədə idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 33 yaşlı kişi ölüb. Biri qadın olmaqla daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Xızı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>