"099" nömrəli "VAZ 21099" dəhşətli qəza törətdi: ölən və yaralanan var

Qəbələ rayonunda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, saat 22:45 radələrində rayonun Böyük Əmirli kəndində "VAZ 21099" markalı, 01 BT 099 dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə yolun kənarındakı piyadaları vurub. Nəticədə ağır yaralanan piyadalardan biri ölüb, digəri isə ağır xəsarət alıb. Ölən piyadanın 43, yaralının isə 58 yaşı var.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

LENT

24 May 2017
23 May 2017

Digər xəbərlər >>>