Sizin link burada

Özünü öldürən Susanna ilə bağlı ŞOK FAKTLAR - Onun əri kimin oğludur? - FOTO

 

Mayın 15-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində - Qoqol küçəsində 31 yaşlı Şərifova Susanna Şakir qızının intihar etməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Lent.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində qadının qeyri-rəsmi nikah münasibətində olduğu əri Əbülfəs Baxşıyev barəsində Nəsimi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Lakin Ə.Baxşıyev qadının intiharında hər hansı rolunun olduğunu inkar edib və məhkəmədə kiminsə intiharına görə niyə cavab verməli olduğunu soruşub. O iddia edib ki, birgə nikahdan iki azyaşlı uşaqları olan Susannanın psixi problemləri var. Əbülfəs deyib ki, hadisə baş verərkən onun xəbəri olmayıb və Susannanın özünü pəncərədən atacağını ehtimal etməyib.

 

S.Şərifova 2009-cu ildən bəri birgə yaşadığı həyat yoldaşı tərəfindən mütəmadi zorakılığa məruz qalıb. Həttə Əbülfəs dostlarının yanında xanımının başını qırxaraq onu alçaldıb, tez-tez döyərək işgəncə verib. Daim saçlarını uzadan Susannanın hadisə günü saçlarının çox qısa olması da bunu göstərir.

 

Qafqazinfo saytı isə Susananın ölümü ilə bağlı həbs olunan əri Baxşiyev Əbülfəslə bağlı maraqlı məlumat əldə edib. Bəlli olub ki, onun anası Simuzər Nüsrətbəyli (Baxşıyeva) şair-publisistdir. O, AYB-nin üzvü olmaqla yanaşı, 10 kitabın müəllifidir. Əbülfəs şairənin yeganə oğludur. Həm Susana, həm də əri əslən Lənkərandandır.

 

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>