ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı xüsusi araşdırmaçı təyin edildi

ABŞ Ədliyyə nazirliyi Federal Təhqiqatlar Bürosunun sabiq başçısı Robert Mülleri Rusiyanın 2016-cı prezident seçkilərinə müdaxiləsi ilə bağlı xüsusi araşdırmaçı təyin edib.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bəyan edib.

 

“Bu, amerikalıların araşdırmanın nəticələrindən əmin olması üçün vacibdir”, deyə R.Rozenstayn bildirib.

 

Bundan əvvəl Rusiyanın ABŞ-dakı seçki kampaniyasına ehtimal edilən müdaxiləsi ilə bağlı araşdırmanı Federal Təhqiqatlar Bürosu aparıb. Ötən həftə ABŞ prezidenti FTB-nin direktorunu vəzifəsindən azad edib. Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trampın Rusiya ilə əlaqəli olmasını inkar edir.

 

Qeyd edək ki, Hillari Klinton Komini prezident seçkiləri zamanı səsverməyə 10 gün qalmış onun barəsində təsdiqlənməmiş məlumat yaymaqda ittiham edib. Klintonun iddiasına əsasən, yeni istintaqın aparılmasına dair təsdiqlənməmiş məlumatı yaymaqla, Komi onun seçkilərdə məğlub olmasını təmin etmiş olub.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>