Türkiyə kubokunda ikinci finalçı bəlli oldu

Türkiyə kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

 

Apasport.az saytının məlumatına görə, ikinci yarımfinalın cavab matçında “Başakşəhər”lə “Fənərbaxça” qarşılaşıblar.

 

İlk görüşdən 2:2 hesablı bərabərliklə ayrılan komandaların oyunu bu dəfə də gərginliklə yadda qalıb. “Başakşəhər” iki dəfə hesabda önə keçsə də, sona qədər üstünlüyünü qoruya bilməyib. 90 dəqiqəsi ilk oyunda olduğu kimi 2:2 bitən qarşılaşmanın uzatma dəqiqələrində də hesab dəyişməyib.

 

Qalibi və finalçını müəyyən etmək üçün penalti vuruşlarına ehtiyac yaranıb. Maraqlıdı ki, “lotoreya” da gərgin keçib. Qarşılıqlı zərbələri dəqiq yerinə yetirən komandalar 10-cu vuruşa kimi davam ediblər. Yekunda yanlışlığa ilk yol verən “Fənərbaxça” olub. “Başakşəhər” 10:9 hesabı ilə qalib gələrək finala yüksəlib.

 

Qeyd edək ki, ilk finalçı “Konyaspor” olmuşdu.

 

LENT

30 May 2017
29 May 2017

Digər xəbərlər >>>