Sizin link burada

Sarayda “Muğam milli sərvətimizdir” adlı konsert olacaq

Heydər Əliyev Sarayında mayın 31-də muğam ifaçılarının iştirakı ilə “Milli sərvətimizdir, Muğam” adlı konsert proqramı keçiriləcək. Lent.az-ın məlumatına görə, konsertdə tanınmış xanəndələr, Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Simarə İmanova, Əməkdar artist Sevinc Sarıyeva və başqaları iştirak edəcəklər.

 

Saat 19:00 –da baş tutacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

 

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

 

Biletlərin pulsuz çatdırılması : (070) 600 - 00 – 60

 

Qeyd edək ki, “APA Holding” konsertin informasiya dəstəkçisidir.

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017

Digər xəbərlər >>>