Sizin link burada

Konqres Tramp barəsində araşdırma aparılmasını tələb edir

Nümayəndələr Palatasının Nəzarət və Dövlət İslahatı Komitəsində və Senatın Hüquq Komitəsində təmsil olunan bütün demokratlar prezident Donald Tramp, ədliyyə naziri Ceff Seşns və Ağ Evin bir qrup yüksək vəzifəli məmurları barəsində araşdırma aparılmasını tələb edirlər.  

 

APA-nın “Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, hər iki komitənin rəhbərlərinin adına göndərilən məktub həmin komitələrin 33 demokrat üzvü  tərəfindən imzalanıb.  

 

Qeyd edək ki “New York Times” nəşrinin ötən gün dərc etdiyi məlumatda bildirir ki, Tramp Federal Təhqiqatlar Bürosunun əks-direktoru Ceyms Komidən prezidentin milli təhlükəsizlik üzrə sabiq müavini Maykl Flinn barəsində istintaqın dayandırılmasını xahiş edib. Ağ Ev bu məlumatı təkzib edib.  

 

Xatırladaq ki, Tramp Komini ötən həftə vəzifəsindən azad edib. Prezident qərarını onun səlahiyyətləri yerinə yetirə bilməməsi ilə əlaqələndirib. Komi Trampın əleyhinə yönələn "Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trampın Rusiya ilə əlaqəli olmasını inkar edir.

 

Qeyd edək ki, Hillari Klinton Komini prezident seçkiləri zamanı səsverməyə 10 gün qalmış onun barəsində təsdiqlənməmiş məlumat yaymaqda ittiham edib.

 

Klintonun iddiasına əsasən, yeni istintaqın aparılmasına dair təsdiqlənməmiş məlumatı yaymaqla, Komi onun seçkilərdə məğlub olmasını təmin etmiş oldu. 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017

Digər xəbərlər >>>