Sizin link burada

ABŞ-da Ərdoğanın tərəfdarları və əleyhdarları dalaşdı: 9 yaralı

Vaşinqtonda Türkiyə prezidenti Rəvəb Tayyip  Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.

 

Məlumata görə, insident nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin  vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə məlumat verilmir.  

 

Qeyd edək ki, Ərdoğan Vaşinqtonda rəsmi səfərdədir. 

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>