“Lukoyl” rəsmisi neftin qiymətinə dair proqnoz verdi

Rusiyanın “Lukoyl” şirkəti neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılmasını dəstəkləyib.

 

APA-nın  TASS-a istinadən verdiyi xəbərə görə,  bu barədə şirkətin vitse-prezidenti Leonid Fedun bildirib.

 

“Biz dəstəkləyirik. Hasilatın azaldılması üzrə kvotalar Rusiya hökuməti tərəfindən müəyyən edilir. Hasilatın azaldılmasındakı payımız təxminən ildə 50 min barel təşkil edir. Bu bizim payımızdır, bu  çox düzgündür, mən həmişə bunun tərəfdarı olmuşam. Bu saziş neftin qiymətinin 10-15 dollar qalxmasını təmin edib”, - deyə Fedun qeyd edib.  

 

O əlavə edib ki,  “Lukoyl” şirkəti neftin bir barelinin qiymətini 55-60 dollar səviyyəsində proqnozlaşdırır. 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>