(R) “PAŞA Həyat” son bir ildə sığorta yığımlarının həcmini iki dəfə artırıb

 

Aktivlərinin ümumi həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2017-cı ilin yanvar-aprel ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan hesabatın nəticələrinə əsasən, cari ilin ilk 4 ayında “PAŞA Həyat” tərəfindən ümumilikdə 52,408 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,026 mln.manat və ya təxminən iki dəfə çoxdur. 

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 2,778 mln. manat və ya 37% artaraq 10,109 mln. manata çatıb.

Сari ilin aprel ayının 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi” adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir. 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>