Sumqayıtlı oğlan dünya tarixinə düşdü

Azərbaycanlı şahmatçı, Sumqayıt şahmat məktəbinin yetirməsi Şəhriyar Məmmədyarov tarixi uğura imza atıb. Lent.az xəbər verir ki, şahmatçımız dünya qrossmeysterlərinin yeni reytinq cədvəlində 5-ci pilləyə yüksəlib və xallarının sayını 2801.1-ə çatdırıb. O, dünya şahmat tarixində 2800 reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar bu uğura imza atmış ilk müsəlman və türk idmançı kimi də tarixə düşüb.

 

 

Qeyd edək ki, Ş.Məmmədyarov bir müddət əvvəl Azərbaycanda Vüqar Həşimovun xatirəsinə həsr edilmiş yüksək reytinqli yarışın qalibi olub. 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>