Fransa çempionatının ən yaxşısı bəlli oldu

“PSJ” futbol klubunun hücumçusu, uruqvaylı Edinson Kavanı Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.

 

APA-nın məlumatına görə, bu barədə Fransa Futbolçularının Həmkarlar İttifaqının (UNFP) mətbuat xidmətindən bildiriblər.

 

Cari mövsümdə 30 yaşlı E.Kavani 35 oyunda iştirak edərək 35 qol vurub və 3 nəticəli ötürmə edib. O, hazırda “Liqa 1”-in bombardirlik yarışında birincidir. 2013-cü ildən etibarən  “PSJ”nin formasını geyən E.Kavani bundan əvvəl İtaliyanın “Palermo" və “Napoli” klublarının şərəfini qoruyub. 2011-ci ildə E.Kavani Uruqvay yığmasının heyətində Amerika Kubokunun qalibi olub.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>