Sizin link burada

ABŞ-da təyyarə yerə düşdü, ölənlər var

ABŞ-ın Titerboro şəhərinin (Nyu-Cersi ştatı) hava limanı yaxınlığında “Learjet 35”  təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində olan iki nəfər ölüb.

 

Hadisə nəticəsində bir neçə tikili və avtomobil yanıb. Təyyarənin Filadelfiya şəhərindən Titerboroya uçduğu, uçuş-eniş zolağına 400 m qalmış yerə düşərək yandığı bildirilir. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir. 

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>