Sizin link burada

İslamiada: Azərbaycan 18 medal qazandı

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 4-cü gününü 18 medalla başa vurub. Apasport.az saytının məlumatına görə, idmançılarımız 9 qızıl, 6 gümüş və 3 bürünc mükafat əldə edib.

 

Bu medallardan 10-u idman gimnastikasında qazanılıb. Cüdo, atıcılıq, üzgüçülük və atletikada də təmsilçilərimiz uğur əldə etməyi bacarıb.

 

Bense Talas (idman gimnastikası, dəstəli at və turnik) bir gündə iki çempionluq yaşayıb. Ondan başqa Murad Ağarzayev (idman gimnastikası, sərbəst hərəkətlər), Anastasiya İbrahimli (ağır atletika, 69 kq), Ruslan Lunyov (idman gimnastikası, standart tapança, 25 metr), qarışıq komanda halında səngər stendi (Aydan Camalova, Əli Hüseynli), cüdo üzrə kişilərdən ibarət yığma (Orxan Səfərov, Rüstəm Orucov, Rüfət İsmayılov, Məmmədəli Mehdiyev, Uşanqi Kokauri, Nicat Şıxəlizadə, Elxan Məmmədov), Maksim Şemberev (üzgüçülük, kompleks üsulla 400 m), Yuliya İnşina (idman gimnastikası, sərbəst hərəkətlər) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Marina Nekrasova (idman gimnastikası, gimnastika atı və dayaqla tullanma) iki gümüş medala yiyələnibsə, Yekaterina Tişkova (idman gimnastikası, müxtəlif hündürlüklü qollar), Bense Talas (idman gimnastikası, halqalar), cüdo üzrə qadınlardan ibarət yığma (Nəzakət Əzizova, İçhinkotloo Munxtsedev, Xanım Hüseynova, Gülsədəf Kərimova, İrina Kindzerska, Kifayət Qasımova, Buyanxişiq Purevsuren) və Nurlana Cəfərova (atıcılıq, dairəvi stend) bir dəfə ikincilik sevinci yaşayıb.

 

Yuliya İnşina (idman gimnastikası, gimnastika atı), Timur Bayramov (idman gimnastikası, paralel qollar) və Elnurə Abbasovanın (ağır atletika, 63 kq) qazancı isə bürünc mükafat olub.

 

Bununla da yığmamızın İslamiadadakı ümumi qazancı 68 medala çatıb. 33 qızıl, 23 gümüş və 12 bürüncü olan Azərbaycan millisi iki gün lideri olduğu komanda hesabında 2-ci pilləyə enib. Zirvəyə isə qonşu Türkiyə yüksəlib.

 

Ümumilikdə isə indiyədək 100 medal dəsti sahibini tapıb. 24 ölkə mükafat, 14-ü çempionluq sevinci yaşayıb.

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Türkiyə

35

31

26

92

2

Azərbaycan

33

23

12

68

3

Özbəkistan

6

6

18

30

4

İndoneziya

5

13

14

32

5

İran

5

8

11

24

6

Əlcəzair

4

9

11

24

7

Misir

3

2

5

10

8

İordaniya

3

0

2

5

9

Türkmənistan

1

2

2

5

10

Qətər

1

1

4

6

11

Banqladeş

1

1

0

2

12-13

Qırğızıstan

1

0

3

4

 

Tunis

1

0

3

4

14

Səudiyyə Ərəbistanı

1

0

1

2

15

Pakistan

0

2

2

4

16

Suriya

0

1

2

3

17

Oman

0

1

1

2

18

Qazaxıstan

0

0

2

2

19-24

Fil Dişi Sahili

0

0

1

1

 

Kamerun

0

0

1

1

 

İraq

0

0

1

1

 

Livan

0

0

1

1

 

Mərakeş

0

0

1

1

 

Birləşmiş Ərəb Əmirliyi

0

0

1

1

 

Cəmi

100

100

125

325

 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>