Dünyanın ən kök insanları ƏVVƏLSONRA - FOTOLENT

 

Yemək onların ən “yaralı” yeridir. Elə bu tamahlarına görə illərlə evdən bayıra da çıxa bilməyiblər. Hətta doğulandan bəri artıq çəkilərinə görə ilk addımını ata bilməyənlər də var. Lent.az  artıq çəkiləri həyatlarının kabusuna çevrilən insanların qısa hekayəti və fotolarını təqdim edir.

 

Nebraskda restoran sahibi olan Patrik Deuel 486 kilo çəki ilə dünyanın ən ağır insanı adını qazanmışdı.  Qastrit əməliyyatından sonra sürətli şəkildə arıqlayan Deuel ötən il dünyasını dəyişib.

 

 

1991-ci ildə Səudiyyə Ərəbistanında dünyaya gələn bu gənc 2013-ü ildə tərəziyə çıxanda çəkisi tam 610 kilo idi.

Kralın yardımı ilə Riada köçüb və orda müalicəsi başlayıb. Onu evindən götürmək üçün xüsusi lift ayrılmışdı. Müalicə sayəsində 6 ay ərzində 317 kilo arıqlayıb.

 

İllər əvvəl 500 kilo olması ilə gündəmə gələn Mayra Rosales son halı ilə hamını şoka salıb.

 

İngiltərədə 444 kiloluq Paul Mason indi tanınmaz haldadır. Mason bir vaxtlar gündə 20 min kalori qəbul edirdi.

 

Amerikalı Dominique Lanoise dünyanın ən kök qadını idi.

Evlənənə qədər normal ölçülərdə olan Lanoise evləndikdən sonra çoxlu yemək yeməyə başlayıb və bu  boyda olub.  20 ildir evdə yatılı vəziyyətdə qalan qadına heç kim kömək edə bilmədi.  Həmişə ac olduğunu deyən Lanoise həyatını artıq çəkiləri ucbatından itirib.

 

Artıq çəkilərinə görə məktəbini və işini itirməli olan 24 yaşlı Amber Raçdi indi bambaşqa bir insandır. Həkimlər belə çəkidə 30 yaşına qədər yaşaya bilməyəcəyini deyəndən sonra əməliyyat olunmağa qərar verib. İdmana başlaması ilə həyatı dəyişən qız 127 kilo verməyi bacarıb.

 

 

Misirli 36 yaşlı İman Ahmed Abduleti düz 25 ildir evdən bayıra çıxa bilmir. O, 500 kilodur.

 

Abduletinin dünyanın ən kök insanı olduğu təxmin edilir. Körpəlikdən artıq çəkili olan Abduletti 11 yaşından bu yana evdən bayıra çıxmır. Həkimlər onun fil xəstəliyinə tutulduğunu deyir. Fil xəstəliyi linfa sistemindəki problemlə bağlı da yaşanır. Çox nadir rastlanan bu xəstəlik yoluxucu, ya da irsi deyil. Bədənin hormonal pozuntusu səbəbindən baş verir. Müalicə nizamlı və ardıcıl şəkildə edilsə, xəstəlik yox edilə bilər, amma müalicə dayandırılanda zədələnmələr və yaralanmalar ortaya çıxır. 

 

52 yaşlı Patti Sançez 323 kilodur və bu kilolarının səbəbi keçmiş sevgilisinin kök qadın arzusudur. İllərlə yeyib içməkdən doymayan qadın bundan özü də zövq alırdı. Ta ki sevgilisindən ayrılanana qədər. Yeni sevgilisi ilə tanışlıqdan sonra arıqlamağa başlayan Sançez indi 203 kilodur. 

 

Dünyanın ən kok qadınlarından olan 40 yaşlı Çariti Pirs dəyişimi ilə hər kəsi heyran qoyub. 154 kilo olan qadın maşınlara minə bilmir, evdən çıxa bilmirdi. 

 

 

Kolumbiyalı 44 yaşlı Oskar Vasquez Morales tam 400 kilo ağırlığındadır. Müalicə olunmazsa, öləcəyini deyən həkimlər onu evdən bayıra çıxara bilməyiblər.  O, evin divarları sökülərək xəstəxanaya aparılıb. 

 

 

Ayaqüstə durmaqda çətinlik çəkən 273 kilolu Nikki Vebsterin indi 33 yaşı var və gün başlar-başlamaz yemək üçün səbrsizlənir.

 

 

Çinin Sişuan əyalətində yaşayan Lin Yue və Deng Yand cütlüyü kilolarından qurtulmaq üçün birlikdə əməliyyat olunmağa qərar verib. 2010-cu ildən bəri evli olan 30 yaşlı cütlük cinsi münasibətə girə bilmədikləri üçün çox şikayətçi olduqlarını dilə gətiriblər.

Ümumilikdə 400 kq olan cütlük uşaq sahibi olmağı çox arzulayır.

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>