Sizin link burada

Fransanın yeni baş nazirinin adı açıqlandı

Fransa prezidenti Emmanгel Makron ölkənin yeni baş nazirinin adını açıqlayıb.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, mayın 14-dən  vəzifəsinin icrasına başlamış E. Makron baş nazir vəzifəsinə Eduard Filipi təyin edib. Prezidentin bu qərarını Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb.

 

Respublikaçılar Partiyasının üzvü olmuş Eduard Filip, eyni zamanda Fransa parlamentinin üzvü və Qavr şəhərinin meri vəzifəsində çalışıb. O, Respublikaçılar Partiyası daxilində keçirilmiş ilkin seçkilərdə Alen Jüpenin namizədliyini dəstəkləyib. Fransua Fiyon ilkin seçkidə qalib gəldikdən sonra Eduard Filip onun prezidentliyə namizədliyini dəstəkləməyərək, seçki kampaniyasını tərk edib və iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb. E. Filip E. Makronun yaratdığı “İrəli” hərəkatına simpatiyasını gizlətmirdi.

 

E. Filip 46 yaşındadır.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>