Sizin link burada

Bu ailə İslam Oyunlarından 1 milyon 125 min manat qazandı - YENİLƏNİB

 

Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 5-ci qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, snayperimiz 10 metr pnevmatik tapança ilə atəşdə qarışıq komanda yarışında Nigar Nəsirova ilə birlikdə hamıdan dəqiq olub.

 

Lunyov-Nəsirovadan ibarət heyət omanlı cütlüyü qabaqlayaraq, yarışı 1-ci pillədə tamamlayıb. Bürünc medala isə İran idmançıları yiyələniblər.

 

Qeyd edək ki, Lunyovla Nəsirova xalaoğlu-xalaqızıdır. Yarışda birinci yer tutan idmançıya dövlət tərəfindən 150 min manat verildiyindən bu ailənin idmançıları 750 min manat qazanıb. Ruslan Lunyovun məşqçisinin valideyləri olması və yarışda qızıl medal qazanmış idmançının məşqçisinə ümumilikdə 75 min manat verilməsini nəzərə aldıqda bu ailənin ümumi qazancı 1 milyon 125 min manata çatıb.

 

 

*****

 

16 may

 

Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4-cü qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, snayperimiz 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda hamıdan dəqiq olub.

 

Lunyov bu gün keçirilən yarışda 240.7 xal toplayıb.

 

Təmsilçimiz türkiyəli Yusuf Dikecini cəmi 1 xal qabaqlayıb. 3-cü yeri pakistanlı Muhammad Şehzad Axtar tutub – 218.6 xal.

 

Digər snayperlərimiz Rəsul Məmmədov və Tahir Əhmədzadə isə təsnifat mərhələsini keçə bilməyiblər.

 

Qeyd edək ki, Ruslan bunadək 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma və standart tapança ilə atəş açmaqda qızıl medal əldə etmişdi.

 

Onu da bildirək ki, Ruslanın məşqçisi onun valideynləridir. Yarışda hər qızıl medala görə idmançıya 150 min, məşqçisinə isə 75 min manat verildiyindən, bu ailənin qazancı 900 min manata çatıb.

 

*****

 

15 may

 

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl medal qazanıb. Lent.az xəbər verir ki, snayperimiz 25 metr məsafədən standart tapança ilə atəş açma, 25 metrdən tapança ilə mərkəzə atəş açma və eyni məsafədən sürətli atəş açma yarışlarında hamıdan güclü olub. O, əldə etdiyi hər bir qızıl medala görə dövlət tərəfindən müəyyən edilmiş 150 min manat pul mükafatı alacaq. Ümumilikdə 150 min manat mükafat qazanmış idmançının məşqçiləri isə onun valideynləridir və onlar da övladlarının nailiyyətinə görə ümumilikdə 225 min manat əldə edəcəklər.

 

Qeyd edək ki, R.Lunyov və ailəsinin mükafat məbləğini artırmaq şansı da var. Çünki qarşıdakı günlərdə komanda halında da atıcılıq yarışları keçiriləcək və Ruslan bu yarışlarda da iştirak edəcək.

 

Onu da bildirək ki, R.Lunyov Azərbaycanın tanınmış idmançısı İradə Aşumovanın oğludur. Anası həm də yığmamızın baş məşqçisidir. Ruslanın atası Vladimir Lunyov isə onun şəxsi məşqçisidir. 

 

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>