Budaq Nəsirovdan futbol tarixinə düşəcək hərəkət - VİDEO

Millimizin üzvü, Portuqaliyanın “Sportinq” klubunun əvəzedici komandasında çıxış edən Budaq Nəsirov qeyri-adi hərəkətiylə gündəmə gəlib.

 

Lent.az komanda.az-a istinadən xəbər verir ki, Nəsirov rəqib komandaya penalti qazandırıb. Məsələ burasındadır ki, Nəsirov bunu meydandan kənarda olduğu vaxt edib. Belə ki, 41-ci tur çərçivəsində “Akademika” ilə evdə keçirilən oyunda isinmə hərəkətləri edən Budaq kənardan rəqibin hücumu zamanı topa müdaxilə edib. Nəticədə oyunun baş hakimi “Sportinq”in qapısına penalti təyin edib, Nəsirov isə sarı vərəqəylə cəzalandırılıb.

 

Oyun qonaqların 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

Budaq matçın 75-ci dəqiqəsində meydana daxil olub.

 

41 turdan sonra hesabında 54 xal olan “Sportinq B” 22 komanda arasında 14-cü yerdə qərarlaşıb.

 

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>