Sizin link burada

Cənubi və Şimali Koreya birgə futbol üzrə dünya çempionatı keçirə bilər

Cənubi Koreya, KXDR, Çin və Yaponiya futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirə bilər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya Futbol Assosiyasiyasının prezidenti Çun Mun Qu bəyan edib.

 

“Cənubi Koreya, KXDR, Çin və Yaponiya  arasında ətraflı müzakirə aparılsa, futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirmək mümkün olar. Koreya Respublikası, Çin və Yaponiya  mundialın detallarına dair razılığa gələndən sonra, Şimali Koreya da layihəyə qoşula bilər”, deyə federasiya prezidenti bildirib.

 

Çun Mun Qu həmçinin Cənubi Koreyada Asiya Kubokunu təşkil etmək niyyətində olduğunu bildirib.

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017

Digər xəbərlər >>>