Sizin link burada

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəmənin paytaxtı Sənada vəba epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə nazirliyi humanitar təşkilatlara müraciət edərək yardım istəyib.

 

Bildirilir ki, müharibə vəziyyətində yaşayan ölkə epidemiyanın öhdəsindən təkbaşına gələ bilmir.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin hesablamalarına əsasən, Yəmənin 14 vilayətində 8,5 mindən çox insan vəbaya yoluxub.

 

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir.

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>