Sizin link burada

Dəhşətli virus qayıdır - 5 ölü

Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında iki nəfərin Ebola xəstəliyindən öldüyünü təsdiqləyib.

 

APA-nın xəbərinə görə, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilir.

 

Hazırda tibbi xidmətlər tərəfindən daha 125 nəfərin vəziyyəti yoxlanılır.

 

Bundan əvvəl Konqoda Ebola virusu üç nəfərin həyatına son qoyub. Ölkədə son dəfə Ebola epidemiyası 2014-cü ildə qeydə alınmışdı. O zaman ölümcül xəstəlikdən 49 insan həyatını itirmişdi.

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>