Karateçilərimiz İslamiadanı 10 medalla başa vurdu

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən karate yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu növ üzrə yarışların ikinci günündə 6 dəst medal sahibini tapıb.

 

Azərbaycan millisinin tatami üzərinə çıxan 6 idmançısından 5-i yarışı mükafatla başa vurub. Onlar 3 qızıl, 1 gümüş və 1 bürünc medala yiyələnib. Beləliklə, karateçilərimiz iki gün ərzində 10 mükafat - 5 qızıl, 2 gümüş və 3 bürünc əldə edib.

 

Roman Heydərov katadan hamıdan üstün olub. Kumite yarışlarında isə İrina Zaretska (68 kq) qadınların, Ayxan Mamayev (84 kq) kişilərin yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.

 

Yalnız finalda məğlub olan Fəridə Əliyeva (+68 kq) gümüş medala sahib olub. Kişilərin +84 kq çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı isə bürünc medal uğrunda qarşılaşmada

 

Qadınların kata yarışlarılnda çıxış edən Neda Reazi isə yarışı mükafatsız başa vurub.

 

Qeyd edək ki, karatecilər yarışın ilk günündə 5 medal qazanmışdı. Rafael Ağayev (75 kq), Fəridə Abıyeva (61 kq) qızıl, İlahə Qasımova (55 kq) gümüş, Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) bürünc medal əldə etmişdi.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>