Sizin link burada

İslamiada: Həndbol yığmamızdan qızıl medal

Bu gün  qadın həndbolçuların yarışının finalında qalib gələn Azərbaycan yığması “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

 

APA-nın məlumatına görə, həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər - 28:26.

 

Sürətli və qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində həndbolçularımız əldə etdikləri üstünlüyü qoruyub saxlaya biliblər – 14:11. Həndbolçularımız matçın ikinci hissəsində fəallaşaraq oyunda dönüş yaratmağa çalışan Türkiyə millisinin müqavimətini son dəqiqələrdə qırmağı bacararaq 28:26 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>