Sizin link burada

Dünya çempionatının qalibi bəlli oldu

Qadın voleybolçular arasında klublararası dünya çempionatına başa çatıb. Apasport.az saytının məlumatına görə, Yaponiyanın Kobe şəhərində keçirilən mundialın qalibi adını Türkiyənin “Vakıfbank” klubu qazanıb.

 

“Rexona Sesc”i (Braziliya) qrupda 3:1 hesabı ilə məğlub edən İstanbul təmsilçisi finalda 3:0 (25:19, 25:21, 25:21) hesabı ilə qalib gəlib.

 

Bürünc medal uğrunda matçda isə Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədovanın kapitanı olduğu İsveçrə “Volero”su qələbə qazanıb. Onlar İstanbulun digər təmsilçisi – “Əczaçıbaşı”ndan üstün olublar – 3:2 (25:22, 25:15, 22:25, 23:25, 15:12).

 

Qeyd edək ki, 11 dəfə keçirilən yarışda Azərbaycanın “Rabitə” klubu 2 dəfə təmsil olunub. Artıq mövcud olmayan komanda 2011-ci ildə mundialın qalibi olduğu halda, 1 il sonra gümüş medalla kifayətlənib. 

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>