Sizin link burada

Ulduz futbolçu bir gecədə 500 min uduzdu

“Mançester Yunayted”in hücumçusu Ueyn Runi haqqında növbəti qalmaqallı xəbər çıxıb. Apasport.saytının məlumatına görə, oyunçu kazinoda bir gecədə 500 min funt-sterlinq uduzub.

 

Mançesterdəki qumarxanalardan birinə gedən Runi burada “blackjak” və “rus ruleti” oynayıb. Gecə boyunca bəxti gətirməyən futbolçunun məkandan çıxarkən az miqdarda sərxoş olduğu görülüb. Britaniyanın “The Sun” nəşri bildirib ki, İngiltərə millisinin üzvü həyat yoldaşı və uşaqlarının Avropa səyahətində olmasından istifadə edərək əyləncəyə vaxt ayırıb.

 

Qeyd edək ki, Runi “Mançester Yunyetd”də bir həftəsinə 300 min funt-sterlinq qazanır.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>