Sizin link burada

Çin “İpək Yolu” ölkələrinə 8,7 mlrd. dollar ayırır

Çin yaxın üç il ərzində  “Yeni İpək Yolu” marşrutu boyunca inkişaf etməkdə olan ölkələrə 60 mlrd. yuan  (8,7 mlrd. dollar) yardım ayıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pekində işinə başlayan “Bir kəmək - bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə yüksək səviyyəli forumda çıxışı zamanı Çinin sədri Si Tsinpin deyib.    

 

Qeyd edək ki, mayın 14-də Pekində “Bir kəmər – bir yol” İpək Yolu ölkələrinin forumu öz işinə başlayıb. Forumda 29 ölkənin rəsmi şəxslərinin iştirakı gözlənilir. Tədbir mayın 15-də başa çatacaq.

 

Qeyd edək ki, Çin 2013-cü ildə "Bir kəmər-bir yol” adlı yeni strategiya elan edib. Bu strategiya Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və əlaqələrin inkişaf etdirilməsinə yönəlib. Strategiyaya iki əsas inkişaf istiqaməti daxildir: "İpək yolu”nun iqtisadi kəməri və dəniz "İpək yolu”. Söhbət malların güzəştli şərtlər əsasında Şərqdən Qərbə tədarük olunması üçün ticarət dəhlizinin yaradılmasından gedir.

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>