Prezident ailəsi ilə İslamiadadakı yarışlara baxdı

Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları başlayıb. Azərbaycan idmançıları yarışlarda 6 qızıl və 4 gümüş medal qazanıblar.

 

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmalarına baxıblar.

 

Qalib idmançıların mükafatlandırılması mərasimlərində medalları atletlərə Azərbaycan prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim ediblər.

 

Çempion idmançılarımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>