Sizin link burada

Xalq artistinin ərə gedəcəyi kişi evli imiş – AD AÇIQLANDI - FOTO

 

Evlənəcəyini xəbər verdiyimiz xalq artisti, xanəndə Aygün Bayramovanın gələcək həyat yoldaşı ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

 

Lent.az yenicag.az-a istinadən xəbər verir ki, toya hazırlaşan xalq artistinin nişanlandığı şəxsin adı Fəraməz Gərmrudidir.

 

O, 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Əslən Cənubi Azərbaycanlı olan Gərmrudinin həyat yoldaşı fars əsilli xanımdır. Onların hələ də rəsmən ailəli olduğu deyilir. Artıq baba olan 62 yaşlı adaxlı İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır. Demək olar ki, əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb. Həmin konsertdə Gərmrudini tək qoymayan sənətçilərlə bərabər, A.Bayramova da mahnı töhfəsini verib. Əli pulla oynayan iş adamı Bakıda Hüseyn Cavid prospektində 2 milyonluq ev alıb, bahalı avtomobilə sahibdir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017

Digər xəbərlər >>>