Lənkəranskiyə kimlər pul "atıb"mış: avtoritetin qətli ilə bağlı YENİ VERSİYA

Rövşən Lənkəranskinin qətli Moskvada baş verən bazar müharibələri ilə birbaşa bağlı ola bilər. Lent.az-ın məlumatına görə, bu versiyanı Rusiyanın kriminal saytlarının biri irəli sürüb. Mötəbər mənbədən sayta daxil olan məlumata görə, “Çetıre sezona” meyvə-tərəvəz bazasından alver edən azərbaycanlılar bir müddət sonra əslən Qubadan olan Zarah İliyev və Qod Nisanovun sahibi olduğu “Fud Siti”yə kütləvi axın ediblər. Elə bütün söhbətlər də bundan sonra başlayıb.

 

 

Məlumata görə, məşhur “Pokrov” bazasının bağlanmasından sonra yəhudi əsilli iş adamları “Fud Siti”nin əsasını qoyaraq azərbaycanlıları məhz ora köçürmək istəyirdilər. Amma illərdir Moskva bazarında çalışan həmyerlilərimiz “Fud Siti”yə yox, Domodedovo rayonunda yerləşən və loqistik baxımdan daha əlverişli sayılan “Çetıre sezona”ya üz tutdular. Bunun bir səbəbi də, “Pokrov” bazasını işlədən Məhərrəm və Nuruş adlı şəxslərin məhz bu bazanı seçməsi idi.

 

 

Məhhərəm və Nuruş isə illərdir məhz Rövşən Lənkəranskin patronajlığı altında çalışırdılar. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın “krışalığını” məhz Rövşən edirdi. Saytın yazdığına görə, təkcə “Pokrov” bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarında çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. “Fud siti”nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.

 

Məlumatda deyilir ki, “Çetıre sezona”nın qara günləri Məhərrəm və Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başladı. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhhərəm və Nuruş “Fud siti” rəhbərliyi tərəfindən şirnikləndirilərək ora cəlb edildilər.

 

Amma Nuruş və Məhərrəmin bəxti bir məqamda gətirdi: Rövşən həmin ərəfədə qətlə yetirildi. Məlumata görə, Rövşənin qətlində məhz bu bazar münaqişəsinin böyük rolu olub. Hər halda bu da yen bir versiyadır.

LENT

28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>