"İran yayda Azərbaycandan əlavə həcmdə elektrik enerjisi alacaq" - NAZİR

"Yay aylarında İranın əlavə həcmdə elektrik enerjisinə tələbatı yaranarsa, əldə olunmuş razılaşmaya əsasən Azərbaycan bu tələbatı müəyyən miqdarda ödəyəcək". Bunu APA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında İranın energetika naziri Həmid Çitçiyan deyib.
 
Onun sözlərinə görə, İranın elektrik enerjisinə tələbatı əsasən yay aylarında artır: "Əldə etdiyimiz razılığa əsasən, İranın elektrik enerjisinə tələbatı yarandığı halda, Azərbaycandan idxal hesabına bu tələbatın bir qismi ödəniləcək. Azərbaycan tərəfi bununla bağlı bizə müsbət cavab verib. İranda əsasən yay aylarında elektrik enerjisinə tələbat artır. Söhbət 130 meqavat həcmində olan elektrik enerjisindən gedir. Elektrik enerjisi mübadiləsi üçün zəruri infrastruktur yaradılıb".
 
Qeyd edək ki, iki ölkənin elektrik enerjisi xətləri 2016-cı ilin avqust ayında İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı birləşdirilib.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>