Sizin link burada

® Azercell qalibi açıqladı - FOTO

Baramanın “Wake me up” layihəsi 1 milyon ABŞ dolları qazanmaq üçün mübarizəyə qoşulacaq Seedstars World müsabiqəsinin Azərbaycan üzrə qalibi açıqlandı.

 

 

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Seedstars World müsabiqəsinin qalibi bəlli oldu. 3 may tarixində PAŞA Bank və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri baş tutdu. Azərbaycanın 10 ən yaxşı startapının mübarizə apardığı müsabiqədə Baramanın “Wake me up” layihəsi qalib gəldi. Qeyd edək ki, layihənin iştirakçıları SABAH qrupları tələbələridir.

“Wake me up” 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək  Seedstars Sammitində ölkəni təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Yerli seçim mərhələsində 2-ci və 3-cü yerin qalibləri "TechSos" və "Buglance" oldular.

Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.

Azərbaycanın telekommunikasiya sahəsinin lideri "Azercell Telekom" MMC Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin "Seedstars" şirkəti ilə tərəfdaşlıq edir. Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov isə Seedstars World səfiri seçilib.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə yardım edir.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz        

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. 

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>