Mikroavtobus aşaraq yandı: 11 yaşlı qız və 8 nəfər yanıq xəsarəti aldı - SİYAHI - YENİLƏNİB

 

Cəlilabadda baş verən ağır qəzada xəsarət alanların kimliyi məlum olub.

 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, mikroavtobusun aşaraq yanması nəticəsində rayonun Şiləvəngə kənd sakinləri - 11 yaşlı Nəzrin Qəhrəmanova, 29 yaşlı Ülkər Mahmudova,35 yaşlı Elnarə Əhmədova, 23 yaşlı Mələk Rəhimli, 25 yaşlı Rəvanə Abbasova, 48 yaşlı Xuraman Ağaşov, 27 yaşlı Tünzalə Fərəcova, 38 yaşlı Könül Mirzəyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
 
Onlar ağır yanıq xəsarəti ilə hazırda reanimasiya şöbəsinə yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.
 
Mikroavtobus onları tarlaya işləməyə aparırmış.
 
Fakt araşdırılır.

 

 

 

 

10:19

 

 

 

Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.

 

Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində yanğın baş verib.

 

Mikroavtobusun içərisində olan 8 sərnişin yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin orta  ağır olduğu deyilir.

 

Fakt araşdırılır.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>