“Eurovision-2017”nin ən hit mahnıları - Siyahı

“Eurovision-2017” müsabiqəsinin ən hit mahnılarının adı açıqlanıb.

 

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bukmeyker şirkətlərinin apardığı sorğuya əsasən, müsabiqənin ən hit mahnısı İtaliya təmsilçisi Francesko Qabbaninin ifa etdiyi “Occidentali's Karma”dır.

 

İkinci yerdə Bolqarıstanın 17 yaşlı təmsilçisi, Rusiya əsilli Kristiana Kostovanın “Beautiful mess” kompozisiyasıdır.

 

Üçüncü yerdə İsveç təmsilçisi Robin Benqtssonun “ I can't go on” mahnısı qərarlaşıb.

 

İlk beşlikdə Portuqaliya və Belçikanın nümayəndələrinin mahnıları da var.

 

Qeyd edək ki, “Eurovision-2017”nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq.

 

 

LENT

28 Aprel 2017
27 Aprel 2017

Digər xəbərlər >>>