Parisdə polislərə hücum edənin adı açıqlandı

Paris prokurorluğu aprelin 20-də Fransa paytaxtında polislərə hücum edən şəxsin adını açıqlayıb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, onun 39 yaşlı Kərim Şarfi olduğu bildirilir.

 

Parisin prokuroru Fransua Mollen deyib ki, K.Şarfi əvvəllər dörd dəfə cinayət məsuliyyətinə cəlb edilib. 

 

Qeyd edək ki, ötən gecə Parisin mərkəzində silahlı insident baş verib. Nəticədə bir polis həlak olub, daha bir polis yaralanıb. Hadisəni törədən şəxslərdən biri atışmada öldürülüb, biri isə qaçıb.

 

İŞİD terror qruplaşması Parisdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb.

LENT

28 Aprel 2017
27 Aprel 2017

Digər xəbərlər >>>