Əfqanıstanda hərbi bazaya hücum: çox sayda ölənlər var

Əfqanıstanın Məzəri-Şərif şəhəri yaxınlğında “Taliban” hərəkatının silahlıları hərbi bazaya hücum edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas bildirib.

 

İlkin məlumata əsasən, hücum nəticəsində 50 nəfər ölüb. Silahlıların da itki verdikləri bildirilir. Hazırda hərbi bazada döyüş davam edir.

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>